Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Xəbərə görə, Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilib, fevralin 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

24 Fevral 2022 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə