Ən son xəbərlər
Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun birinci iclası keçirilib.
FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanovun sədrliyi ilə keçirilən İşçi qrupun iclası mülki müdafiə planının hazırlanması ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunub.
İclasda işçı qrupun üzvləri aidiyyəti üzrə görüləcək işlər barədə ətraflı danışıb, təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə