Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: Şəhidin il mərasiminə rəsmilər də qatıldı...

Gəncənin Uşaq Evində böyüyən Əmrah Rajapovun ildönümü mərasiminə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz rayonlarının icra hakimiyyəti başçıları, YAP Gəncə Şəhər Təşkilatının sədri, Gəncə Uşaq Evinin kollektivi, eləcə də ictimaiyyət nümayəndələri qatılmış, onun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Qeyd edək ki, Əmrah Rajapov 12 yaşından Gəncədəki Uşaq Evində yaşayıb. Çox istedadlı bir uşaq olub, dəfələrlə rəsm müsabiqələrində iştirak edib. Lakin orta məktəbi bitirdikdən sonra o, bərbərlik peşəsini seçib. 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Abşeron rayonunun Ma­sazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin olunub.

2019-cu ilin oktyabr ayın­da həqiqi hərbi xidmətə yolla­nan Əmrah Rajapov 2020-ci ilin oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb və 2021-ci il fevralın 23-də Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin mü­vafiq sərəncamları ilə Əmrah Rayapov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

24 Fevral 2022 05:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə