Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə naziri paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Pandemiya ilə əlaqədar karantin tədbirlərinin yumşaldılması çərçivəsində vətəndaşların bölgələrdə səyyar qəbulları bərpa olunub. Eyni zamanda, nazirlikdə vətəndaşların müraciətlərinə elektron qaydada baxılması və videoformatda qəbulları davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevralın 23-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində keçirilən qəbulda vətəndaşların, xüsusilə Xocalıdan olan və digər müharibə iştirakçılarının, əlillərin, şəhid ailə üzvlərinin müraciətləri dinlənilib, qayğıları ilə maraqlanılıb. Onların qaldırdıqları məsələlər araşdırılması üçün nəzarətə götürülüb, zəruri tədbirlərin görülməsi ilə bağlı nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Regional ədliyyə idarələri vasitəsilə qəbula qoşulan vətəndaşlar dövlətimizin başçısının şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının xatirəsini hər zaman uca tutaraq şəhid ailələrinə, Qarabağ əlillərinə və digər müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, videoqəbulun təşkilindən məmnunluqlarını bildiriblər.

Xatırladırıq ki, dövlətimizin başçısının tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 2-də ədliyyə naziri tərəfindən Füzuli rayonunda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı, eləcə də elektron qaydada exidmet.justice.gov.az portalı vasitəsilə yazıla bilərlər.

23 Fevral 2022 20:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə