Ən son xəbərlər
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) Tofiq Bəhramov stadionunda keçirilən matçla bağlı sürücülərə müraciət edib.
Bu barədə açıqlamasında BŞDYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
A.Əsgərli bildirib ki, Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.
Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb: “Qarabağ” və “Marsel” komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur. Belə ki, azarkeşlərdən stadiona yaxın, yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır".
Köhnə versiyamızdan xəbərləri izlə