Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN metroda yanğına qarşı təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında yanğın-taktiki təlim keçirilib.

FHN-dən verilən xəbərə görə, təlimin mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, elektrik deposunun ərazisində yerləşən vaqon parkında 28-ci qanovada dayanan 17 saylı qatarın 2-ci vaqonunda baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib

23 Fevral 2022 12:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə