Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada multikulturalizm mövzusunda müzakirələr aparılıb

Fevralın 18-də Zaqatala rayon Mədəniyyət Mərkəzində “Multikulturalizm, tolerantlıq, sülh şəraitində birgə yaşayış, milli və ümumbəşəri dəyərlərə hörmət” mövzusunda seminar keçirilib.

 "Xalq qəzeti" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər xalqımızın həyat tərzinə çevrilən zəngin multikultural və tolerant dəyərlərdən danışıblar. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə mövcud olan multikultural və tolerant mühitin formalaşmasına göstərilən diqqət və qayğının daha da artırıldığı qeyd edilib. Bildirilib ki, dövlətimiz tərəfindən həyata keçirilən uğurlu və ardıcıl siyasət nəticəsində bu gün respublikamızda bütün dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar və yəhudilər sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici materiallar paylanılıb.

19 Fevral 2022 14:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə