Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

19 Fevral 2022 17:11 - EKOLOGİYA
EKOLOGİYA
13 Avqust 2022 | 19:26
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə