Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA ilə FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüş zamanı heyvan sağlamlığı sahəsində iki qurum arasındakı əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Həmçinin bir sıra heyvan xəstəliklərinin tədqiqi, xəstəliktörədicilərin molekulyar-genetik səviyyədə öyrənilməsi və xəstəliklərin aradan qaldırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə müxtəlif heyvan xəstəlikləri üzrə təlimatların hazırlanması və bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə əlaqədar təkliflər verilib.

19 Fevral 2022 11:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə