Ən son xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan və həmin Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmayan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müəyyən edir.
1.2. Bu Qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – təşkilatlar) şamil edilir.
2. İnformasiyanın açıqlanması forması
2.1. Büdcə təşkilatları tərəfindən illik maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 1 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.2. Səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətləri tərəfindən illik maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 2 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.3. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar tərəfindən maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 1 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.4. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar tərəfindən maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 2 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
3. İnformasiyanın açıqlanmasına dair tələblər
3.1. Təşkilatlar illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq açıqlamalıdırlar.
3.2. Təşkilatların internet informasiya ehtiyatlarında açıqlanan informasiyaya çıxış sərbəst və ödənişsiz olmalıdır. Açıqlanmış informasiyaya müraciət edilməsi zamanı istifadəçinin qeydiyyatdan keçməsi, istifadəçi barədə fərdi və digər məlumatların daxil edilməsi tələb edilmir.
3.3. İnternet informasiya ehtiyatlarında açıqlanan informasiya standart proqram təminatları vasitəsilə oxuna bilən, həmçinin mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır.
“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na
1 nömrəli əlavə
Maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması
Forma № 1
20 _____-ci il üzrə
VÖEN |
|
|
|
|
|
|
|
|
|
|
Təşkilatın adı __________________________________________
______________________________________________________
Ünvan ________________________________________________
Elektron poçt ünvanı____________________________________
Sıra №-si |
Göstəricilərin adı |
Hesabat dövrü üzrə (manatla) |
1 |
2 |
3 |
1. |
Gəlirlər |
|
1.1. |
qeyri-birja əməliyyatlarından gəlir |
|
1.2. |
birja əməliyyatlarından gəlir |
|
1.3. |
sair əməliyyatlar gəlirləri |
|
1 |
2 |
3 |
2. |
Xərclər |
|
2.1. |
əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları |
|
2.2. |
maliyyə yardımları və sair transfer ödənişləri |
|
2.3. |
sərf edilmiş materialların dəyəri |
|
2.4. |
amortizasiya xərcləri |
|
2.5 |
sair əməliyyat xərcləri |
|
2.5.1. |
o cümlədən, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclər |
|
2.6. |
maliyyə xərcləri |
|
|
“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na
2 nömrəli əlavə
Maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması
Forma № 2
20 _____-ci il üzrə
VÖEN |
|
|
|
|
|
|
|
|
|
|
Təşkilatın adı ___________________________________________
______________________________________________________
Ünvan ________________________________________________
Elektron poçt ünvanı_____________________________________
Sıra №-si |
Göstəricilərin adı |
Hesabat dövrü üzrə (manatla) |
1 |
2 |
3 |
1. |
Gəlirlər |
|
1.1. |
əsas əməliyyat gəlirləri |
|
1.1.1. |
o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər |
|
1 |
2 |
3 |
1.2. |
sair əməliyyat gəlirləri |
|
1.2.1. |
o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər |
|
1.3. |
fəaliyyətin dayandırılmasından yaranan gəlirlər |
|
1.4. |
fövqəladə gəlirlər |
|
1.5. |
maliyyə gəlirləri |
|
2. |
Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar) |
|
3. |
Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər |
|
4. |
Xərclər |
|
4.1. |
istifadə edilmiş material ehtiyatları |
|
4.2. |
işçi heyəti üzrə xərclər |
|
4.3. |
amortizasiya xərcləri |
|
4.4. |
digər əməliyyat xərcləri |
|
4.5. |
sair əməliyyat xərcləri |
|
4.6. |
fəaliyyətin dayandırılmasından yaranan xərclər |
|
4.7. |
maliyyə xərcləri |
|
4.8. |
fövqəladə xərclər |
|
5. |
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay |
|
Rəhbər
Baş mühasib “____”___________20____ci il
|
Köhnə versiyamızdan xəbərləri izlə