Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliyalı səyyah işğal olunmuş ərazilərimizə səfər edib

“Ümid edirəm ki, yenidən qurulan Ağdam əvvəlki kimi gözəl olacaq”.

Xalq Qəzeti xəbər verir ki, bunu 21 ölkədən olan məşhur səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən avstraliyalı səyyah Reyçel Li Deyvi deyib.

“Bütün bunları görmək dəhşətlidir, əminəm ki, bu, gözəl şəhər idi. Ümid edirəm ki, tezliklə onu yenidən bərpa edəcəklər və o, əvvəlki kimi gözəl olacaq”, - səyyah bildirib.

Reyçel Li Deyvinin sözlərinə görə, o, 2014-cü ildə Azərbaycana ilk səfəri zamanı Qarabağ münaqişəsi barədə məlumat alıb və indi ikinci dəfə ölkəmizə səfər etməkdən, eləcə də işğaldan azad edilmiş əraziləri görməkdən məmnundur.

16 Fevral 2022 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə