Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunus Əmrə İnstitutu ilə Mərkəzi Elmi Kitabxananın əməkdaşlığı genişlənir

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir AMEA-nın Mərkəzi Elmi Kitabxanasının sərgi salonu, diplomatik, nadir kitab fondları və digər bölmələrinin fəaliyyəti ilə tanış olub.

science.gov.az saytı yazır ki, kitabxana ilə tanışlıqdan məmnunluğunu bildirən C.Özdemir Yunus Əmrə İnstitutunun Bakıdakı fəaliyyətindən bəhs edib və gələcəkdə MEK ilə birgə müxtəlif tədbir, sərgi və beynəlxalq konfransların keçirilməsinin mümkünlüyünü söyləyib.

MEK-in direktoru Leyla İmanova kitabxananın tarixi, fəaliyyəti, görülən işlər, reallaşdırılan layihə və tədbirlər, aksiyalar barədə məlumat verib. O, C.Özdemirin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədlərin xüsusi incəsənət növü hesab edilən miniatürlər kolleksiyasının MEK-də sərgisinin keçirilməsi təklifini yüksək qiymətləndirib, Azərbaycan və Türkiyə mədəniyyətlərinin təbliğinə xidmət edən tədbirlərin təşkil olunmasına kitabxananın dəstək verəcəyini bildirib.


Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Noyabr 2018 16:43 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə