Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biofizika İnstitutunda seminar

Belarus Milli Elmlər Akademiyasının Radiobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Eksperimental bioloji modellər üzrə bioloji modellərdə spontan və induksiyalı karsinogenezin öyrənilməsi laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Natalya Veyalkovanın iştirakı ilə AMEA-nın Biofizika İnstitutunda elmi seminar keçirilib.

science.gov.az saytı yazır ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri və aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Bundan əlavə, iki qurum arasında elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

Sonra N.Veyalkovanın "Belarus Milli Elmlər Akademiyasının Radiobiologiya İnstitutunun Dövlət Elmi Təşkilatının elmi tədqiqat istiqamətləri" mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, Radiobiologiya İnstitutu radioaktiv tullantılarla ətraf mühitin çirklənməsinin qarşısının alınması, həmçinin həyat şəraitinin yaxşılaşdırılması və keyfiyyətinin inkişaf etdirilməsi istiqamətində metodlar hazırlayır.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
                               

 

24 Noyabr 2018 16:07 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə