Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Alimlər şəhərciyi”ndə inşaat işləri müasir standartlara uyğun aparılır

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Abşeron rayonunun Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub. AMEA-nın rəhbərinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib.

Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb. Yaxın günlərdə isə səkkizinci mərtəbənin inşasına başlanılacaq.

science.gov.az saytı yazır ki, mənzillərin ipoteka yolu ilə satışının təşkili məqsədilə ölkə başçısına müraciət olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Noyabr 2018 16:04 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə