Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyinin əməkdaşları Gəncədə olublar

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev Gəncədə işgüzar səfərdə olublar.

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblının, Dövlət Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Ansamblının və "Xəmsə" estrada ansamblının konsert proqramlarını dinləyiblər.

Sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında Əsgər Əsgərovun quruluşunda hazırlanmış "Cavad xan", Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi "Bizim bağın gözəli" tamaşalarına baxan heyət, teatrların yaradıcı kollektivi ilə görüşüb və mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.

29 Yanvar 2022 16:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə