Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 mininci abonenti məlum olub

“Azəriqaz” İstehsalat Birliyinin (İB) 2 milyon 400 mininci abonentinin adı məlum olub.

İB-dən "Xalq qəzeti"nə verilən məlumata görə, o, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil İsgəndərova Canəkbər qızıdır. Ailənin maddi durumunda sıxıntılar olduğundan “Azəriqaz” İB bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub. Bu məqsədlə Birliyin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov abonentin fərdi yaşayış evini ziyarət ediblər.

Görüş zamanı baş direktor tərəfindən abonentin ailə başçısına təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. Birliyin baş direktoru ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlanıb. Ailənin maddi durumunun çox ağır olduğunu öyrənən birlik rəhbəri ailə başçısı Bəhruz Zalovun “Azəriqaz” İB-də müvafiq işlə də təmin olunacağını bildirib. Ailə başçısı belə bir həssas dönəmdə ona diqqət göstərdiyinə görə “Azəriqaz” İB-nin rəhbərinə minnətdarlığını bildirib.

29 Yanvar 2022 16:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 May 2022 | 10:42
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə