Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futzal üzrə Azərbaycan millisinin iki üzvü Bosniya və Herseqovina ilə oyunda iştirak etməyəcək

Yanvarın 29-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin D qrupu çərçivəsində sonuncu oyununu keçirəcək.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-da start götürəcək görüş Niderlandın paytaxtı Amsterdam şəhərindəki “Ziggo Dome” arenada baş tutacaq. Qarşılaşma İctimai Televiziya (İTV) vasitəsilə canlı yayımlanacaq.

Emin Kürdov və Xətai Bağırovun verdikləri koronavirus testlərinin nəticəsi yenidən pozitiv çıxdığı üçün onlar bugünkü matçda da iştirak etməyəcəklər və yeddi gün ərzində karantində qalacaqlar.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PCR test götürülüb.

29 Yanvar 2022 16:16 - İDMAN
İDMAN
21 May 2022 | 23:28
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə