Ən son xəbərlər
2021-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2359,8 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (6,1 faiz), Braziliyaya (3 faiz), ABŞ-a (2,8 faiz), Ukraynaya (2,1 faiz), İtaliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,2 faiz), Belçikaya (1,1 faiz), Türkmənistana (1,1 faiz), Niderlanda (1 faiz), Özbəkistana (1 faiz), Birləşmiş Krallığa (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Köhnə versiyamızdan xəbərləri izlə