Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimya Elmləri üzrə Problem Şurasının iclasında 13 dissertasiya mövzusu müzakirə olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində Kimya Elmləri üzrə Problem Şurasının iclası keçirilib.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, iclasda Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, professor Akif Əliyev dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumat verib.

Təklif edilib ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatların gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır.

İclasda Fiziki kimya, Neft kimyası, Ekoloji kimya, Kimyəvi kinetika və kataliz, Analitik kimya və Qeyri-üzvi kimya ixtisasları üzrə 13 dissertasiya mövzusu ətraflı müzakirə edilib. Sonda onlardan 2-si birbaşa, 10-u redaktə olunaraq Kimya Elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul olunub. Bir dissertasiya mövzusu isə adının dəyişdirilməsi və korrektə olunması məqsədilə müraciət edən təşkilatın Elmi şurasında yenidən müzakirə olunmağa tövsiyə edilib.

29 Yanvar 2022 15:35 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə