Ən son xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Tibb Universitetinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə “Nanokimya və insan orqanizmində nanohissəciklərin müasir üsullarla təyini” mövzusunda vebinar keçirilib.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, tədbir institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin moderatorluğu ilə reallaşdırılıb.
Azərbaycan Tibb Universitetinin müəllimi Kəmalə Bədəlova təqdimatla çıxış edərək nanokimyanın insan orqanizminə təsiri, nanohissəciklərin müasir üsullarla təyini mövzularına toxunub, həmçinin skan elektron mikroskopiyası (SEM), İCP-MS cihazı haqqında iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, vebinarlar növbəti aylarda davam etdiriləcək.
Köhnə versiyamızdan xəbərləri izlə