Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya kuboku turnirinin birinci günü yarımfinala ilk vəsiqəni qazanan Azərbaycanın komandası olub

İsveçrənin Sankt Moritz şəhərində keçirilən 37-ci Qarüstü Polo üzrə Dünya kuboku turnirinin ilk turu sona çatmışdır.

6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olmuşdur.

Məlumat verildiyi kimi, turun ilk oyununda Azərbaycan təmsilçiləri  rəqibinə 7-2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda oldu.

 “Clinique La Prairie” komandası ilə “World Polo League” komandası arasında keçirilmiş növbəti oyun 8,5-3 hesabı ilə birincinin xeyrinə bitmişdir. Günün son matçında isə “Badrutt’s Palace” komandası “Casablanca” komandası üzərində 4-1 he­sab­la qələbə qazanmışdır.

Turnirin qaydalarına əsasən ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək koman­da­ların rəqibləri reytinq xallarına görə bəlli olmuşdur.

29 yanvar tarixində keçiriləcək yarımfinal mərhələsində “Clinique La Prairie” “Casablanca” komandasına, “Land of Fire-Azerbaijan” isə “Badrutt’s Palace” komandasına qarşı oyna­ya­caq.

Azərbaycan klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da keçirilə­cəkdir.

29 Yanvar 2022 17:11 - İDMAN
İDMAN
21 May 2022 | 23:28
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə