Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri narkomaniyanın fəsadları barədə maarifləndiriliblər

Əsrin bəlasına çevrilmiş narkomaniya bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biridir.

 "Xalq qəzeti" AZƏRTAC-istinadən xəbər verir ki, bu fikir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirində səsləndirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə rayon Polis Şöbəsinin əməkdaşları, mərkəzin rəhbərliyi və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Həsənli və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Rəşid Süleymanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu maddələrin fəsadları barədə geniş məlumat veriblər.

Çıxış edənlər gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrini diqqətə çatdırıb, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını bildiriblər.

29 Yanvar 2022 14:53 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə