Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəm ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə iki ölkə arasında bütün sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq əlaqələrinin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib. Azərbaycanda aparılan sosial islahatlar və müsbət nəticələr, sosial sahədə innovativ həllərin geniş tətbiqi, eləcə də sosial xidmətlər sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Nazir müavinləri iki nazirlik arasında qarşılıqlı əməkdaşlıq sahələrində görülən işlərə, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti həmin nazirlikdə və onun qurumlarında bir sıra görüşlər keçirib, həmin qurumlarla təcrübə mübadiləsi aparıblar.

Səfər müvafiq fəaliyyət sahələri, həmçinin sosial xidmətlər, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə qarşılıqlı təcrübə mübadilələrinin və gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələrin aparılması məqsədinə xidmət edib.

29 Yanvar 2022 12:54 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə