Ən son xəbərlər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunması və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti yanğın baş vermiş binada onunla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə olunması, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.
Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Köhnə versiyamızdan xəbərləri izlə