Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə dörd ədəd ov tüfəngi aşkarlanıb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 28-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə dörd ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan iki silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

29 Yanvar 2022 11:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə