Ən son xəbərlər
Böyüklər üçün nəzərdə tutulan “Özünü kəşf et” ustad dərslərinin növbəti tədbiri fevralın 2-də Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.
"Xalq qəzeti" xəbər verir ki, ustad dərsi Gülarə İsrafilovanın iştirakı ilə “Abstrakt portret” mövzusuna həsr ediləcək.
Xatırladaq ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
Köhnə versiyamızdan xəbərləri izlə