Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan atleti Nazim Babayev Almaniyada keçirilən turnirdə gümüş medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb.

"Xalq qəzeti"  xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib.

Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub. Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yeri əldə edib.

29 Yanvar 2022 11:26 - İDMAN
İDMAN
21 May 2022 | 23:28
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə