Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanada Ukraynadakı hərbi kontingentinin sayını artıracaq

Kanadanın Müdafiə naziri Anita Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək. Bunu Kanadanın baş nazir Trüdo bildirib.

"Birləşdirici” əməliyyatına davam edən öhdəliyimiz Kanada Silahlı Qüvvələrinin öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün Ukrayna ordusuna dəstəyini təmin edir. Nazir Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək", – Trüdo mətbuata açıqlamasında deyib.

O əlavə edib ki, Kanada hökuməti Kiyevə verdiyi dəstəyin bir hissəsi olaraq, yaxın vaxtlarda Ukraynada mövcud olan 200 nəfərdən əlavə, ölkənin hərbçilərinin sayını daha 60 nəfər artıracaq.

Trüdonun sözlərinə görə, Ukraynadakı Kanada kontingentinin sayı sonda 400 nəfərə qədər artırılacaq. Kanada Nazirlər Kabinetinin rəhbəri, həmçinin əlavə edib ki, Ottava Kiyevə öldürücü olmayan silahların tədarükünü davam etdirmək, kiberhücumlarla mübarizədə dəstək vermək və kəşfiyyat məlumatlarını paylaşmaq niyyətindədir.

“Biz Ukraynadakı və bütün regiondakı tərəfdaşlarımızla yaxından işləməyə davam edəcəyik”, – deyə Trüdo bildirib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti” 

29 Yanvar 2022 09:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə