Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraq və İordaniyada şaxtalar

İraqın şimalında rekord soyuq qeydə alınıb. Ölkənin Kürdüstan əyalətinin ayrı-ayrı rayonlarında 32 dərəcə şaxta var. Yerli KİV Pincvin dairəsini Yaxın Şərqin Moskvası adlandırıb. Soyuq, qarlı və əlverişsiz hava şəraiti İraqda fəsadlar törədib. Mağazalarda ərzaq qıtlığı yaranıb. Evləri isitmək üçün ağ neft çatışmır.

“Elpis” qasırğasının İordaniyaya gəlməsi nəticəsində hava soyuyub və qar yağıb. Qar və soyuq hava bəzi ağacları məhv edib. Bəzi yerlərdə qar örtüyünün hündürlüyü 20 santimetrə çatır. Paytaxt Ammanın küçələri və ölkənin avtomobil yolları qarla örtülüb və bəzi yollar buz bağlayıb. Gün ərzində paytaxt Ammanda xüsusi texnika işləyib. Krallığın silahlı qüvvələri də onlara kömək edib.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

29 Yanvar 2022 08:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə