Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Stefan Düjarrikin açıqlaması

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənin daimi nümayəndəsi ilə mütəmadi əlaqə saxlayır. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.
Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Ukrayna ətrafındakı vəziyyəti diqqətlə izləyir.
“Baş katib hərbi münaqişənin olacağına inanmır. O və komandası bu məsələ ilə bağlı müvafiq ölkələrin daimi nümayəndələri ilə əlaqə saxlayır”, – deyə Düjarrik bildirib.
Onun sözlərinə görə, təmaslar zamanı Quterreş diplomatik
səyləri aktivləşdirməyə çağırır. “Diplomatiyanın razılaşdırılmış kanalları, çərçivələri, metodları var ki, onlardan istifadə davam etdirilməlidir”, – baş katibin nümayəndəsi bildirib.

Quterreş Ukraynada gərginliyin azaldılması üçün hər cür səy göstərəcəyini bildirib.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”

29 Yanvar 2022 08:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə