Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN şəhidin adına protokol göndərilməsi məsələsinə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, bununla bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.

Qeyd olunub ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.

Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib.

“Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”, - məlumatda deyilir.

29 Yanvar 2022 10:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə