Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi 2022-ci il martın 19-dan 27-dək keçiriləcək “Bahar Qalası” festivalı üçün köşklərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi tərəfindən 2022-ci il martın 19-dan 27-dək keçiriləcək “Bahar Qalası” festivalı üçün köşklərin satın alınması.

Müqavilənin icra müddəti 2022-ci il martın 18-dək müəyyən edilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 150 ( bir yüz əlli) manat məbləğdə iştirak haqqını portalın operatorunun hesabına köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 17 fevral 2022-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 25 fevral 2022-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 28 fevral 2022-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsi ilə aparılır.

Tender komissiyası

29 Yanvar 2022 08:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə