Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən uzaqlaşdırılması barədə razılığa gəliblər

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən uzaqlaşdırılması barədə razılığa gəliblər Qırğızıstan və Tacikistanın sərhəd xidmətinin nümayəndələri sərhəddə baş verən insidentlə bağlı görüş keçiriblər.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib ki, Qırğızıstanın sərhəd nümayəndələri Tacikistanın Soqd vilayətinin qubernatoru və Tacikistanın sərhəd nümayəndəsi ilə görüş keçiriblər. Görüş Batken vilayətinin Kak-Sai bölgəsində keçirilib.

Koço-Boyu və Dahma ərazilərində atışma dayandırılıb. Az sonra Qolovnoy və Tort-Koço ərazilərində də atışma dayanıb.

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs elan olunması, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəliblər.

Qırğızıstan Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, Qırğızıstan prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayev və respublikanın Batken istiqamətindəki sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Soqd vilayətinin qubernatoru Rəcəbba Əhmədzoda və sərhəd nümayəndəsi arasında aparılmış danışıqlar nəticəsində sərhəddə tam atəşkəs haqqında razılaşmalar əldə edilib. Tərəflərin hər birinin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrinin daimi dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəlinib.

Danışıqlar zamanı tərəflər Batken-İsfana avtomobil yolunda (Qırğızıstan) hərəkətin açılması barədə, eləcə də münaqişələrin qarşısının alınması məqsədilə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının sərhədyanı ərazilərdə birgə patrul xidməti haqqında razılığa gəliblər.

“Xalq qəzeti”

29 Yanvar 2022 10:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə