Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Buta Airways” mayda Xarkova uçuşlara başlayır, Kiyevə uçuşların sayını isə artırır

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" may ayında Ukraynanın daha bir şəhərinə uçuşların yerinə yetirilməsini bərpa edir. Aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.

Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

 

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.butaairways.az/az/covid/ukraine.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

"Xalq qəzeti"

29 Yanvar 2022 08:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 May 2022 | 10:42
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə