Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Oğuz rayonunun Baş Daşağıl kənd sakini Əfqan Rəsulovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən kənd ərazisində gəzərkən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb və bu barədə səhiyyə qurumları məlumatlandırılıb.

Ə.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

29 Yanvar 2022 09:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə