Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin sosial siyasətində vətəndaşların mənafeyi prioritet istiqamətdir

Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını şərtləndirən və ötən ilin son günlərində imzalanan sərəncamları da bu fikrin bariz ifadəsidir. Xatırladım ki, dövlətimizin başçısının bu ilin ilk sosial paketinə daxil olan həmin sərəncamları ölkəmizdə sosial islahatların yeni mərhələsinin başlanmasından xəbər verir. Bu mərhələ isə dövlətimizin başçısının ötən il oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsaslanır. Yeri gəlmişkən, sənəd əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahını qorumağa xidmət etməklə bərabər, həm də son 18 ildə həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlığından və dayanıqlığından xəbər verir. Yeri gəlmişkən, postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində orta hesabla 60 faiz artımlar edilməsi, yeni təqaüd növlərinin təsis olunması Azərbaycanda belə həssas qrupların sosial şəraitlərinin diqqət mərkəzində saxlanılmasının göstəricisidir.

Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə dövlətimizin başçısının çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Sonda bir məsələni də qeyd etmək istərdim. Bu gün ölkədə əməkhaqlarının, müavinətlərin artırılması ilə yanaşı, iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına da daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə yüksəlməsi fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasında özünü qabarıq büruzə verir.

İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Bütün bu tədbirlər bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə isə vətəndaşların mənafeyi öndə gəlir.

Cəlil BAXŞIYEV,

YAP Lerik rayon təşkilatının üzvü

29 Yanvar 2022 09:37 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə