Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətləri müzakirə olunub

Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Böyük Britaniya Parlamentində İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşüb.

 Görüş zamanı Azərbaycan ilə Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Lindsi Hoyl ölkəmizin Birləşmiş Krallıqla tərəfdaşlıq münasibətlərini, Azərbaycanla xüsusilə enerji sahəsində təsis edilmiş uğurlu əməkdaşlığı və Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrini yüksək qiymətləndirib.

Görüşlə əlaqədar İcmalar Palatasının inzibati binasının qarşısında Azərbaycanın Dövlət Bayrağı dalğalandırılıb. Səfir Elin Süleymanov İcmalar Palatasının xatirə kitabına ürək sözlərini yazıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

29 Yanvar 2022 08:30 -

Köhnə versiyamızdan xəbərləri izlə