Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Almaniyanın prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində yanvarın 28-də Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frank ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə əsaslanan dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmətə və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və qazanılmış uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzularda səmərəli fikir mübadiləsi aparılıb. Ölkələrimizin prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.

Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

28 Yanvar 2022 18:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə