Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə XİN BMT-nin Təhlükəsizlik Şurasının Kiprdəki sülhməramlıların mandatının uzadılmasına dair qərarı ilə bağlı açıqlama yayıb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 27 yanvar 2022-ci il tarixli 2618 saylı qərarla Kipr adasında yerləşən BMT Sülhməramlı Qüvvələrinin mandatını daha 6 ay uzadıb.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu qərar BMT-nin qayda və prinsiplərinə zidd olaraq Şimali Kipr Türk Respublikasının (ŞKTR) razılığı olmadan verilib.

Bəyanatda deyilir: “Bu məsələdə ŞKTR-in səlahiyyətlilərinin atacağı addımları tam dəstəkləyirik. Təhlükəsizlik Şurasının adadakı tərəflərə həll yolu tapmalarını söyləyərkən, digər tərəfdən əlli ildən çox sınaqdan keçirilmiş və tükənmiş, nəticəsiz olduğu sübuta yetirilən və bir tərəfin razılığını əks etdirməyən həll modelini tətbiq etməyə çalışması reallıqdan uzaq və ziddiyyətli münasibətdir”.

Nazirlik, həmçinin, Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti adanın reallıqlarına əsaslanan səmimi və konstruktiv münasibət göstərməyə, Kiprdə ədalətli və qalıcı bir sülhü təmin etməyə, Kipr türk xalqı üçün bərabər beynəlxalq statusu qeydə almağa çağırıb. “Xalq qəzeti”

29 Yanvar 2022 08:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə