Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edilib

. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb.

Hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun “Məkan indeksləri” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olunmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi hər birimizdə iftixar hissi yaradır.
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyattranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış Zəngilan Hava Limanının tikilib istifadəyə verilməsi növbəti tarixi nailiyyət olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək. Eyni zamanda, regionda
böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə vermiş olacaq.
“Xalq qəzeti”

29 Yanvar 2022 09:11 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 May 2022 | 10:42
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə