Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mülki müdafiə qoşunlarında əsgərlərin psixoloji müayinəsi aparılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə nazirliyin psixoloqları tərəfindən Mülki müdafiə qoşunlarına müddətli həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin psixoloji müayinəsi aparılıb.

"Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki, nazirlik tərəfindən təsdiq edilmiş Təşkilati-metodiki Göstərişə əsasən keçirilən müayinə psixoloji testlərdən və hər bir çağırışçı ilə fərdi söhbətlərdən ibarət olub.

Qeyd olunub ki, aparılan bu cür proflaktik müayinələrin məqsədi gənc çağırışçılar arasında uyğunlaşma dövründə yarana biləcək psixoloji problemlərin vaxtında müəyyən edilməsi və aradan qaldırılmasıdır.

28 Yanvar 2022 16:48 -

Köhnə versiyamızdan xəbərləri izlə