Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Apple 6 ildən sonra Çində ilk sıradadır

2021-ci ilin son rübündə Apple, 23% rekord bazar payı ilə dünyanın ən böyük smartfon bazarı olan Çində birinci yeri tutub.

 "Xalq qəzeti" xəbər verir ki, şirkət 2015-ci ildən bəri ilk dəfə bazarda liderlik edir.

Huawei-in reytinqdəki çöküşündən sonra Apple, yeni çıxardığı iPhone 13 modeli ilə Çinli rəqibləri Vivo və Opponu geridə qoyaraq ilk sırada qərarlaşıb. 

Çip böhranı və iqtisadi yavaşlama səbəbiylə istehsal və istehlak tələbinin məhdud olması ölkənin smartfon bazarında 9 faizlik daralma ilə nəticələnib. Buna baxmayaraq Apple Çindəki satışlarını 32%  artırıb. 

28 Yanvar 2022 17:51 - TEXNİKA
TEXNİKA
11 May 2022 | 09:16
İstehsal dayandırılır

Köhnə versiyamızdan xəbərləri izlə