Ən son xəbərlər
AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Şuranın sədri Aydan Zeynalova gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Sədr elmi-ictimai fəaliyyətin genişləndirilməsi ilə bağlı 2022-ci il üzrə “Tədbirlər planı”nda nəzərdə tutulan tədbirlər barədə şura üzvlərini məlumatlandırıb.
Bildirilib ki, Botanika İnstitutunda GAMŞ və Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Gənclər Gününü münasibətilə müxtəlif tədbirlər, eyni zamanda tədbir çərçivəsində yüksək elmi-ictimai fəaliyyəti ilə seçilən gənclər arasında musabiqə keçiriləcəkdir.
İclasad müsabiqənin təşkili ilə bağlı müzakirələr aparılıb və yaranan suallar cavablandırılıb.
Sonda A.Zeynalova müsabiqəynin şərtləri barədə nazmizədlərə məlumat verib, qaliblərin qiymətləndirilməsi meyarlarından danışıb və iştirakçılara uğurlar arzulayıb.
Qabil YUSİFOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə