Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlon Mask beyin implantını insanlar üzərində test edəcək

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti yeni texnologiyanın insanlar üzərində testlərinə hazırlaşır.

 

"Xalq qəzeti"  xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan beyin implantı əvvəlcə iflic kimi nevroloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. 

 

Qeyd edək ki, kliniki testlərdə iştirak edəcək ilk şəxslərlə həkimlər, aparıcı mühəndislər sıx əməkdaşlıq edəcək. 

 

Prosesin baş tutması üçün şirkət məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə alınmalıdır. Sonra həmin orqanlar bu və ya digər tibbi cihazın insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi cihazın insanlar üzərində testlərinə icazə verilir.

 

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl şirkətin öz beyin implantını 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyini demişdi. 

28 Yanvar 2022 18:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə