Ən son xəbərlər
Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, hər iki fənn üzrə işçi qruplarının iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantlarının müzakirəsi olub. Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qruplarının növbəti iclası fevralın 4-də olacaq.
Köhnə versiyamızdan xəbərləri izlə