Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənimizin hər bir guşəsi günbəgün gözəlləşir

Azərbaycan xalqı hazırda öz qədim tarixinin ən şərəfli günlərini yaşayır. 2020-ci ilin payızında qırx dörd günlük şanlı Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə tarixi zəfər qazanan xalqımız bu gün doğma məmləkətimizin hər bir guşəsində böyük şövq və həvəslə qurub-yaratmaqla məşğuldur.

Bütün vətənpərvər insanlar kimi, mən də Vətənimdə sürətli inkişaf və tərəqqini müşahidə etdikcə, çox sevinirəm. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iş­ğaldan azad edilmiş ərazilərdə görülən böyük işlər qəlbimdə dərin məmnunluq hissi doğurur.

Görünən budur ki, Azərbacycan dövləti və xalqı əl-ələ verib işğalçı Ermənistanın vandalcasına dağıtdığı şəhər və kəndləri yenidən qurur. Ən yaxın həftələr, aylar ərzində məcburi köçkün ailələri doğma ata-baba yurdlarına qayıdacaq­lar. Bu, böyük səadətdir!

Bu gün əzəli və tarixi torpa­ğımız olan təkcə Qarabağ deyil, Azərbaycanın hər bir şəhəri, qəsəbəsi, kəndi gözlərimiz önündə günbəgün gözəlləşir. Xəzərin sahilində əbədi qərar tutan qədim və müasir Bakı­mızda son vaxtlar aparılan geniş tikinti-quruculuq işləri də qəlbimizə fərəh, gözlərimizə nur, sevinc gətirir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bu barədə reportajı televiziyadan izləyəndə çox sevindim. Görünən budur ki, paytaxtın təkcə mərkəzi hissəsi deyil, yaxın və uzaq ətrafındakı kənd və qəsəbələr də simasını dəyişərək gözəlləşir. Hər şey paytaxt sakinlərinin rahatlığı və rifahı üçün görülür. Nəticədə insanlar məmnun qalırlar.

Bir hadisə barəsində xüsusi danışmaq istəyirəm. Belə ki, Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Dövlətimizin baş­çısı açılış mərasimində dərin məzmunlu, parlaq çıxış edibdir.

Prezident İlham Əliyevin çıxışında demişdir: “Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağı­yevin abidəsinin ucaldılması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıye­vin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inki­şafına böyük töhfələr vermişdir”.

Sevindirici haldır ki, müstəqil Azərbaycanda Hacı Zeynəlabdin Tağıye­vin bünövrəsini qoyduğu xeyriyyəçilik ənənələri uğurla davam etdirilir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu sahədə nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur.

Bəllidir ki, Heydər Əliyev Fondunun əsas məqsədi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Fond bu böyük missiyanı böyük şərəflə yerinə yetirir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun Azərbaycanın mul­tikultural dövlət kimi dünyada tanıdılmasında da müstəsna xidmətləri vardır.

Bütün bunlar bizi çox sevin­dirir və dövlətimizin güclənməsi, xalqımızın yaxşı yaşaması naminə hər birimizi daha böyük həvəslə işləməyə, qurub-yarat­mağa sövq edir.

Minaxanım ƏSƏDLİ,

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmələri doktoru

28 Yanvar 2022 07:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə