Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sinif rəhbərləri ödənişsiz təlimlərə dəvət olunurlar

Fevral ayından ümumi təhsil müəssisələrinin sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq.

Təhsil İnstitutundan bildirilib ki, 12 saat nəzərdə tutulan təlimlər zamanı müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ilə tanış olacaq və təcrübi məşğələlər əsasında onların tətbiqi yollarını öyrənəcəklər. Məşğələlərdə müxtəlif real situasiyalar təklif ediləcək və müzakirə yolu ilə ən effektiv ünsiyyət formaları təsvir olunacaq. Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, təlimlərə qeydiyyat bu gün yekunlaşır.

27 Yanvar 2022 16:42 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə