Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Medianın İnkişafı Agentliyində Cahangir Məmmədli ilə görüş keçirilib

Yanvarın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ilə görüş keçirilib.

 "Xalq qəzeti" Agentliyin saytına istinadla xəbər verir ki, professor Agentliyin ölkə mediasının inkişafına yönələn fəaliyyətini, Media haqqında Qanunun geniş ictimai müzakirələrini yaxından izlədiyini bildirib. O, artıq parlamentin müzakirələrindən keçmiş sənədin ölkə mediasının həyatında yeni keyfiyyət mərhələsinin əsasını qoyacağını vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və Media haqqında Qanundan irəli gələn məsələlər barədə ətraflı bəhs edib.

Görüşün sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 80 illik yubileyi münasibətilə professor Cahangir Məmmədlini təbrik edib.

27 Yanvar 2022 16:23 -

Köhnə versiyamızdan xəbərləri izlə