Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Türkmənistan “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupun iclasını keçirib

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun dördüncü iclası videokonfrans formatında keçirilib.

Energetika Nazirliyindən “Xalq qəzeti”nə verilən məlumata görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri - “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi və İşçi Qrupu üzvlərinin iştirakı ilə keçirilən iclasda “Dostluq” yatağı üzrə tərəflər arasında danışıqlar prosesi çərçivəsində tərəqqidən məmnunluq ifadə edilib və layihənin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb. İşçi Qrupu nəzdində fəaliyyət göstərən Birgə Ekspert Qrupunun növbəti görüşünün yaxın zamanda keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi üzrə Tərəflər arasında Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfdən İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb.

27 Yanvar 2022 16:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə