Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA İctimai Elmlər Bölməsinin üzvlərinin ötən il 9 kitabı nəşr olunub

2021-ci ildə AMEA İctimai Elmlər Bölməsinin üzvlərinin 9 kitabı (5-i xaricdə), 119 məqaləsi (13-ü xaricdə) nəşr olunub.

AMEA-dan bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında bölmənin Elmi şurasının sədri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli söyləyib. Akademik vurğulayıb ki, hesabat ilində bölmə əməkdaşları tərəfindən isə 2279 əsər nəşr olunub. Bunlardan 68-i kitab (8-i xaricdə), 83-ü monoqrafiya (9-u xaricdə), 1746-sı məqalə (329-u xaricdə, 55-i “Web of Scinece” və “Scopus” bazalarında), 383-ü tezis (137-si xaricdə), 6-sı dərslik, dərs vəsaiti və metodik vəsaitdir.

27 Yanvar 2022 15:49 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə